Miq.az xəbər verir ki, Əli Həsənov Türkiyənin AA agentliyinə verdiyi açıqlamada, 26 il öncə törədilmiş Xocalı soyqırımının dünyada tanınması üçün çalışdıqlarını söyləyib.
Soyqırımını kimin, niyə etdiyini, bunun səbəblərinin araşdırılmasının vacibliyini bildirən Əli Həsənov, "Ermənilərin törətdiyi bu insanlıq cinayətini bütün dünyanın tanıması üçün çalışırıq. 10-dan çox ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul edilib. Əlbəttə, bir soyqırımının tanınması bir az zaman istəyir. Amma düşünürük ki, dünyada ədalət olacaqsa, haqq da alınacaqsa, Xocalı soyqırımını edənlər cəzalarını almalıdır. Bu cinayəti onlar törətdilər. İnsanlıq əleyhinə olan bu cinayətə qiymət verilməli və onlar da cəzalarını almalıdır", deyə bildirib.
Xocalı soyqırımı üçün tarixçilərin araşdırma aparmasını və dövlətlərin bu araşdırmanın nəticələrinə görə, o gecəni soyqırımı olaraq qəbul etməli olduqlarını deyən Əli Həsənov, "Bir gecədə azərbaycanlılar, türk və azərbaycanlı olduqları üçün qətlə yetirildi. Qocalı, uşaqlı, qadınlı, kişili... Heç kimə acımadan bir gecə içində qətlə yetirdilər. İstədilər ki, azərbaycanlılar öz ata-baba torpaqlarından getsinlər və bu torpaqlarda ermənilərin arzuladıqları "Böyük Ermənistan" dövləti qurulsun. Torpaq iddiası üçün bu xalqa mənsub olanları qətlə yetirdilər", deyə açıqlayıb.
"Bu qərarı qəti şəkildə rədd edirik"
Əli Həsənov, Hollandiya parlamentinin 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını "soyqırımı" olaraq tanımasına da toxunaraq, parlament üzvlərinin yalnız araşdırma aparılandan sonra qərar verməli olduqlarını söyləyib.
Azərbaycan prezidentinin köməkçisi daha sonra bunları qeyd edib:
"Erməni soyqırımı deyilən bir şey olmayıb. Bu, uydurma bir tələb idi və bu tələbi ermənilər 100 ildir irəli sürürlər. Türk xalqından təzminat almaq üçün türk xalqını etmədiyi bir cinayətdə günahlandıraraq, onların üzərinə getməkdədirlər. Təəssüf edirik ki, dünyanın ayrı-ayrı dövlətləri də bu məsələni araşdırmadan yanlış qərarlar verməkdədirlər. Bu qərarları qəti şəkildə rədd edirik. Olmayan bir şeyə görə, Türkiyənin günahlandırılması, qəbul edilən qərarın ədalətsizliyini göstərir. Türklərin 100 il öncə ermənilərə qarşı soyqırımı etdiyini iddia edənlər arxivlərə baxsınlar. Tarixçilər də araşdırsın. Tarixçilər nə qərar verirsə, biz də o qərarı dəstəkləyəcəyik. Bunu etmək istəmirlər, çünki belə bir hadisə olmayıb",
Əli Həsənov Türkiyənin günahlandırılmasının və dünya mediasında "soyqırımı" iddiasıyla çətin durumda buraxılmasının siyasət olduğunu bildirib.
"Gücümüz çatdığı qədər Türkiyənin yanında olacağıq"
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatından bəhs edən Əli Həsənov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sitat gətirib: "Prezident Ərdoğan da həmişə deyir - Türkiyə Afrinə girərkən də, başqa əməliyyatlara qatılarkən də heç kimin bir qarış torpağına göz dikməyib. Amma türk xalqına olan basqılar, Türkiyənin bütünlüyünə olan təhdidlər, Türkiyənin bütövlüyünü və xalqın birliyini pozmaq istəyən terrorçulara qarşı da amansız olduq və amansız olmağa davam edəcəyik. Biz də gücümüz çatdığı qədər Türkiyənin yanında olacağıq. Biz Azərbaycan olaraq da ifadə etdik: Afrində aparılan əməliyyat Türkiyənin təhlükəsizliyi baxımından onun haqqıdır. Bu, Suriyanın torpağını ələ keçirmək, Afrini işğal etmək məqsədilə deyil, orada Türkiyənin bütünlüyünü , təhlükəsizliyini təhdid edən güclərə qarşı aparılan bir əməliyyatdır. Bu təhdidlər sona çatdıqdan sonra Türkiyə yenə öz sərhədləri daxilində fəaliyyətini davam etdirəcək. Bu məqsədlə Türkiyəni günahlandırmaq ədalətsizlikdir", deyə Ə.Həsənov bildirib.
Azərbaycan Prezidentinin köməkçisi, Türkiyə və Azərbaycan dostluğunun əbədi olduğunu vurğulayaraq, bildirib ki, bu dostluğun təməlini bizim öndərlərimiz atıblar. Böyük Atatürk, "Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir" deyib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev də "Biz bir millət, iki dövlətik" demişdi. Bizim taleyimiz eynidir, kədərimiz, sevincimiz də eynidir. Azərbaycan və Türkiyə birlikdə olduqda daha güclüdür. Biz bu dostluğu qorumaq üçün əlimizdən gələni edəcəyik. Kim bu xalqların arasına girərsə, əziləcəkdir" deyərək açıqlamasını bitirib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ