Güləndən sonra FETÖ lideri o olacaq - FOTO

Güləndən sonra FETÖ lideri o olacaq - FOTO

Fətullah Güləndən sonra FETÖ lideri İsmayıl Böyükçələbi olacaq.

Miq.az axar.az-a istinadən bildirir ki, təşkilatın verdiyi bütün qərarlarda söz sahibi olan Böyükçələbi ən real namizəd kimi göstərilir.
 
FETÖ idarəçiliyində 12 imamdan biri olan Böyükçələbi təşkilatın maliyyə qaynaqları və təhsil müəssisələrini idarə edir. Bundan başqa, o, siyasi liderlərlə Gülən arasında münasibətlərin qurulmasında əsas fiqurdur.

Gülən camaatından uzun illər öncə ayrılan Nurəddin Veren Çələbini belə xatırlayır:
 
"Parlaq görüşlərdən sonra Fətullah Gülən məndən şübhələnməyə başlamışdı. Mənim dövlətlə yaxın münasibətim dostlar arasında da narazılığa səbəb olmuşdu, niyə siyasətçilərlə Nurəddin bəy görüşür, deyirdilər. Bunu normal qarşıladım, qrup halında çalışaq dedim. Şərif Əlini, İsmayıl Böyükçələbini, Ələddin Qayanı Dəmirəl və Tansu xanımla görüşdürdüm. Fotoşəkilləri də var. Onlara dedim ki, xaricdə olduğum zaman bu dostlar sizinlə görüşəcək.
 
Bu arada, mənim ön plana çıxmağım Gülənin xoşuna gəlmədi, onun yerinə keçəcəyimi düşündü. Bu adamları önə çıxarıb məni geriyə çəkmək istədi. Mən də onu bir böyük olaraq qəbul edib bunu normal qarşıladım. Öz əlimlə onları Dəmirəl və Tansu xanımla görüşə apardım, tanış oldular".
 
Qeyd edək ki, FETÖ təşkilatı ABŞ-da açdıqları vəqf və təşkilatlar vasitəsi ilə Türkiyədəki akademiklər, jurnalistlər, bürokratlar, siyasi çevrələr və iş adamlarını öz tərəfinə çəkir, ehtiyac duyulduğu halda bu adamlardan istifadə edərək xəbər, reklam, maliyyə qaynaqları və hüquqi imtiyazlar əldə edir.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az