Bir neçə gündür ölkə gündəmini zəbt edən rüşvət videosunda görüntülənən millət vəkili Gülər Əhmədova bu gün deputat mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edib.“Qafqazinfo” millət vəkilinin həyatı haqqında bəzi məlumatları və fotolarını təqdim edir:
Gülər Əhmədova 1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir.
O, 1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-cı ildən Azərbaycan Respublikası Uşaq Təşkilatının sədridir. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.Gülər Əhmədova artıq üçüncü çağırış idi ki, millət vəkili seçilib.
Belə ki, o 2000-2005, 2005-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib, Sonuncu dəfə iki əvvəl Milli Məclisə keçirilən seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsindən YAP-ın vahid namizədi kimi iştirak edib və qalib gəlib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Xanım millət vəkili həmçinin Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvü olan Gülər Əhmədovanın 3 oğlu var.
“Qafqazinfo.az”-ın tyəqdim etdiyi bu araşdırmada əsas diqqəti çəkən xanım millət vəkilinin yuksəlməsindəki əsas səbəbkarın kim olması ilə bağlı məqamın yer almamasıdır ki, onuda biz “Vətəninfo.az” olaraq araşdırmaq istədik. Redaksiyamıza bununla bağlı daxil olan məlumata görə, Gülər Əmədovanın istər Gənclər və İdman Nazirliyində, istərsədə bütövlükdə bir çoxuna qismət olmasyan vəzifə pillələrindəki irəliləyişində eks Gənclər və İdman Naziri,hazırda Mədəniyyət və Turuzim Naziri Əbülfəz Qarayevin böyük rolu olub. Məlumatlara görə, cənab Qarayev G.Əmədovanın sağlam təməllər üzərində yeriməsi üçün çox çalışıb, amma nədənsə yenədə bu ayaqlar müəyyən bir mərhələdən sonra müəyənləşən yoldan kənara çıxıb.
Məlumata görə, G.Əmədovanın nazirliyin balansında olan binalarda məskunlaşan qaçqın və məcburu göçkünlərlə başlı Gəncələr və İdman Nazirliyi tərəfindən müəyyənləşən bəzi humanitar addımları humanitarlıqdan çıxardığına görə, nazirlikdən kənarlaşdırılıb. Maraqlı məlumatlardan biridə ondan ibarətdir ki, xanım millət vəkili Antikorrupsiya ilə bağlı komisiyanın üzvüdür.