Gültəkin Hacıbəyli müalicə alır - Deputatın yaxınları

Gültəkin Hacıbəyli müalicə alır - Deputatın yaxınları
İki gün öncə Türkiyədən Azərbaycana deportasiya edilən Milli Şuranıln Koordinasiya Mərkəzinin üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəylinin səhhətində problemlər yaranıb.

Miq.az gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə sabiq deputaın yaxınları deyib.

Bildirilir ki, Gülktəkin Hacıbətyli uzun müddət Çatalca Geri Göndərmə Mərkəzində ağır şəraitdə saxlanıldığından səhhətində bir sıra problemlər yaranıb.
"Ona görə də müəyyən bir müddət lazımdır ki, sağlıq durumu qaydasına düşsün. Hazırda o, sağlıq durumunun yaxşılaşması üçün müalicə alır”, - yaxınları bildirib.

Onun bu səbəbdən media ilə ünsiyyət qurmadığı bildirilir.

Xatırladaq ki, Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildikdən sonra adı hallanan "Mehdiyev işi"nə görə həbs olunmaması müzakirələrə səbəb olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az