İŞİD terror təşkilatı Peşmərgə güclərindən böyük zərbə aldığı Kərkükdə hərbi rəhbərləri dəyişdirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Kərkükün təhlükəsizlik müdiri Serhat Kadir bildirib.
“İŞİD Tilverd və Dakukdakı məğlubiyyətlərdən sonra hərbi rəhbərlərini dəyişdirib. Yeni rəhbərlərlə əlaqədar əlimizdə hələ məlumat yoxdur. Ancaq təşkilatın Dakuk, Riyaz, Hevice, Zab və Ebasi bölgələrinin hərbi rəhbərlərinin dəyişildiyini bilirik", - o deyib.
Serhat Kadir İŞİD-in bir hərbi rəhbərinin öldürüldüyünü, buna görə də dəyişikliklərin zəruri olduğunu bildirib.
Kürklərin “Rudaw” saytının əldə etdiyi məlumatlara görə İŞİD terror qruplaşmasının liderlərindən olan “Çeçen” ləqəbli Ömər Əl-Şişanini Kərkük bölgəsinə göndərib. Qeyd olunur ki, Şişaninin Kərkükə göndərilməsinin səbəblərindən biri təşkilatda “Kərkük valisi” adlanan şəxsin neft quyuları başda olmaqla əhəmiyyətli bölgələri ala bilməməsidir.
Xatırladaq ki, Ömər Əl-Şişaninin məhv edilməsi haqqında məlumatı Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “İnstaqram” səhifəsində 13 noyabrda paylaşmış və sübut olaraq bir şəkli yerləşdirmişdi. Lakin sonradan bu xəbər Gürcüstanda Pankisi ağsaqqalları, həmçinin Ömər Əl-Şişaninin qohumları tərəfindən rədd edilib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib