Gürcüstanda marixuana çəkənlər cəzalandırılmayacaq
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bundan sonra qonşu Gürcüstan Respublikasında marixuana çəkənləri cəzalandırmayacaqlar.
Ölkənin Konstitusiya məhkəməsi Cinayət məcəlləsində bu barədəki uyğun normanı ləğv edib.
Bu barədə iddia ilə bütün narkotik maddələrin leqallaşdırılmasını tələb edən «Qirçi» partiyası və bir vətəndəş müraciət edib.
«Azadlıq Radiosu»nun məlumatına görə, məhkəmə qərar çıxardıb ki, marixuanadan istifadə ictimai təhlükəsizliyi heç bir təhlükə törətmir. Hakim partiyadan isə məhkəmənin bu qərarını «vətənə xəyanət» adlandırıblar.
Deputat Qiqa Bukiya bəyan edib ki, bundan sonra Gürcüstan dünyanın hər yerindən gələn narkomanların yuvasına çevriləcək.
Miq.az