Gürcüstandan Ermənistana Qarabağ dəstəyi

Gürcüstandan Ermənistana Qarabağ dəstəyi
Ermənistan, Gürcüstan və Rusiya arasında üçtərəfli anlaşma əldə olunub

Gürcüstan Qarabağ münaqişəsinə görə Azərbaycan və Türkiyə tərəfindən iqtisadi blokadaya salınmış Ermənistanın iqtisadiyyatının dirçəldilməsi istiqamətində addım atıb.
İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Karen Karapetyan öz "Facebook” səhifəsində yazıb:

"Əvvəllər Gürcüstan və Rusiya ərazisindən yük daşımaları yüksək tariflə gerçəkləşdirilirdi. Bu, həm prosesin özündə, həm də tarif siyasətində özünü göstərirdi. Bu istiqamətdə yük daşımaların tarifinin azaldılması üçün Ermənistan, Gürcüstan və Rusiya arasında üçtərəfli danışıqlar keçirilib”,- deyə Karen Karapetyan bildirib.
Ermənistan baş naziri bildirib ki, Gürcüstanla tariflərin azaldılması üzrə anlaşma fevralın 22-dən qüvvəyə minir. Rusiya tərəfinin təqdim etdiyi endirimlər isə martın 13-dən qüvvədədir.
"Nəticədə, Moskva - İrəvan istiqamətində dəmir yolu və bərə nəqliyyatının tarifləri 1 yanvar 2017-ci ildən qüvvədə olan tariflərlə müqayisədə 32-35% azalıb. Yükün  növündən asılı olaraq İrəvan - Moskva istiqamətində daşımalar isə  52-54% azalıb", - deyə Karapetyan vurğulayıb.
Yəni Gürcüstanın bu addımı Ermənistanın blokadadan xilasına xidmət edir və bu, Gürcüstanın Rusiya yönümlü hakimiyyətinin əhalinin əhvalına uyğun gəlməyən siyasətinin nəticəsidir. Bu siyasətə baxmayaraq, Gürcüstan əhalisi hələ də Azərbaycanı dəstəkləməkdədir.
Bu, Beynəlxalq Respublika İnstitutu (IRI) tərəfindən Abxaziya və Cənubi Osetiya istisna olunmaqla bütün Gürcüstan ərazisində əhali arasında aparılmış sorğudan da bəlli olub. Soruğaya görə, Gürücüstan sakinləri qonşu ölkələr içində özləri üçün ən vacib tərəfdaş kimi Azərbaycanı sayıblar. Rəyi soruşulanların 20%-i bu məsələdə Azərbaycana səs veriblər. Rusiyanı ən vacib tərəfdaş sayanlar 16%, Türkiyəni sayanlar 14%, Ermənistanı sayanlar isə 12% olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az