Gürcüstanın dövlət qurumlarında rüşvət halları artıb

Gürcüstanın dövlət qurumlarında rüşvət halları artıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstanın dövlət qurumlarında 40 rüşvət alma faktı qeydə alınıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin dövlət idarələrində rüşvət halları 42,86% artıb. Ötən ilin ilk altı ayı ərzində bu göstərici 28təşkil edib.
Hesabat dövründə 149 məmur vəzifə səlahiyyətlərini aşıb, 42-si isə xidməti vəzifəsindən sui-istifadə edib. Vəzifə səhlənkarlığı ilə bağlı 33, xidməti saxtakarlıqla bağlı isə 17 hala yol verilib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az