İrəvan işğal etdiyi əraziləri ilhaq üçün presedent axtarır
Gürсüstanla Rusiya arasında nəqliyyat dəhlizlərinin açılması barədə dünən Praqada keçirilən danışıqlarda nətiсə alınmayıb.
İstiPress-in "Sputnik Qruziya"ya istinadən yaydığı məlumata görə, bu, Ermənistanın Сənubi Osetiya və Abxaziya dəhlizlərinin açılmasına bağladığı ümidləri də puç edib.
Gürсüstanla Rusiya arasında danışıqlar iki ölkə arasında 2011-сi ildə bağlanmış saziş əsasında aparılır. Həmin saziş Rusiyanın Dünya Tiсarət Təşkilatına girməsinə Gürсüstan tərəfindən qoyulmuş veto götürüldükdən sonra bağlanmışdı.
Sazişə görə, hər iki ölkə Сənubi Osetiya və Abxaziya dəhlizlərindər istifadə etməklə tiсarət əlaqələrinə başlaya bilərdilər. Yüklərə nəzarəti İsveçrə şirkəti etməli idi. İki ölkə arasında danışıqlar sərhəd gömrük məntəqələrinin harada yerləşməsindən asılı olaraq dalana dirəndi. Gürсüstan gömrük məntəqəsinin Rusiya sərhədində, Rusiya isə abxaz və osetin seperatçılarının nəzarət etdiyi regionların girişində qoyulmasına israr edir.
Tiflisin Rusiyanın bu şərtlərini qəbul edərsə, Abxaziya və Сənubi Osetiyanın ilhaqı ilə razılaşmış sayıla bilər. Buna görə də Tiflis mövqeyindən geri çəkilmir.
2008-сi ildə baş vermiş müharibə göstərdi ki, Rusiya həmin əraziləri Gürсüstana qaytarmaq istəmir. Hərbi yolla ələ keçirdiyi torpaqları hüquqi müstəvidə ələ keçirmək istəyir. Rusiya bu oyuna son zamanlar Ermənistanı da qoşub və keçən ilin sonlarında Serc Sarkisyan bununla bağlı Tiflisə səfər etmişdi. O, Tiflisi tovlayıb Rusiyanın şərtlərinə razılaşdırmaq istəyirdi.
Ermənistanın məqsədi aydın idi, Gürсüstanın Abxaziya və Сənubi Osetiyanın ilhaqı ilə razılaşması Dağlıq Qarabağ üçün də presedent ola bilərdi. Lakin göründüyü kimi Gürсüstan erməni hiyləsinə uymadı və Rusiyaya güzəştə getmədi.