Fransa mətbuatında Hafiz Məmmədovun sahibi olduğu “Lans”la bağlı yeni məlumat yayılıb. Lent.az-ın komanda.az-a istinadən verdiyi məlumata görə, yayılan məlumatda yanvarın 1-dən etibarən klubun auksionerində dəyişiklik baş verdiyi vurğulanır. Bu barədə “Lans”ın prezidenti Jerve Martel hələ dekabrın 17-də məlumat sızdırmışdı. O, məsələni “bu, azərbaycanlılar arasında olan problemdir” kimi xarakterizə etmişdi.
Fransa mətbuatının iddiasına görə, dekabrın 31-nə qədər məsələ həllini tapmalı idi. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir. Fransız həmkarlarımız iddia edir ki, klubun yeni sahibi də azərbaycanlıdır. Bu, Anar Məmmədovdur – nəqliyyat naziri Ziya Məmmədovun oğlu. Fransızlar onu “Qarant Holdinq”in baş icraçı direktoru, tikinti, nəqliyyat, turizm maqnatı kimi təqdim ediblər. Məlumata görə, “Lans”ın Hafiz Məmmədova məxsus olan səhmləri Anar Məmmədov və onun kompaniyası tərəfindən alınıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib