Həbib Yakamoz: "Vətənsiz yaşayır Vətəndə elim..."
Həbib Yakamoz
Təbrizli şair
Vәtәn şairiyәm vәtәn oğluyam,
Dilimdәn düşmәyir vәtәnim- dilim.
Qadağa qoyulub varlığımıza,
Vәtәnsiz yaşayır vәtәndә eilim.
Vәtәn müqәddәsdi, vәtәn tәmizdi,
Vәtәnin övladı, bizә әzizdi.
Vәtәni sevmәyәn, vәtәndaşların,
Qafası işlәmir, ruhu mәriz di.
Vәtәni özünә çörәk edәnlәr,
Vәtәnә yalandan qurban gedәnlәr.
Vәtәnin әmәyi gözüzdәn gәlsin,
Vәtәn düşmanına qulluq edәnlәr.
Vәtәn qutsallardan qutsaldı bizә,
Vәtәnim heç zaman gәlmәsin gözә.
Vәtәn şairiyәm, vәtәn qurbanı,
Vәtәnim qarşında çökәrәm dizә.
Vәtәnsiz yaşamaq olası dәyil,
Vәtәnә qurban ol, vәtәnә әyil.
Vәtәn ocağımız, vәtәn pirimiz,
Yakamoz vәtәnә hәr an baş әyir.
Miq.Az