Həbs edilən “Azərxalça” sədrinin oğlu rəis vəzifəsindən istefa verdi?

Həbs edilən “Azərxalça” sədrinin oğlu rəis vəzifəsindən istefa verdi?

Ötən gün həbs edilən "Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradovun oğlu tutduğu vəzifədən istefa verib.

"MediaPost”un əldə etdiyi məlumata görə, V.Muradovun oğlu, polis polkovniki Cavid Muradov Səbail Rayon Polis İdarəsi rəisi vəzifəsindən istefa verib. Onun işdən azad edilməsi ilə bağlı ərizəsini Daxili İşlər Naziri Vilayət Eyvazova təqdim etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, hələlik bununla bağlı rəsmi bir məlumat yoxdur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az