Həbs edilən polkovnik-leytenanta qarşı - Əlavə ittihamlar

Həbs edilən polkovnik-leytenanta qarşı - Əlavə ittihamlar
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Əlişir Süleymanovun cinayət işi ilə bağlı əlavə epizodlar ortaya çıxıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin istintaqın yekununda onun təqsirləndiriləcəyi bütün ittihamlar dəqiqləşib. 

Ə.Süleymanova qarşı daha əvvəlki təkrar və külli miqdarda rüşvət alma ittihamlarına əlavə olaraq, külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri üzrə yeni ittihamlar irəli sürülüb.

Təqsiri məhkəmi istintaqı ilə sübuta yetirilərsə, Ə.Süleymanov 12 ilə kimi həbsə məhkum edilə bilər. 

Qeyd edək ki, Azərbaycan ordusunun ehtiyatda olan polkovnik-leytenantı Ə.Süleymanov 6 ay əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az