Həbsdə olan beş qat dünya çempionunun cəzası artırıldı – MƏHKƏMƏ

Həbsdə olan beş qat dünya çempionunun cəzası artırıldı – MƏHKƏMƏ
Bakı Apelyasiya Məhkəməsində kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən verilən apelyasiya şikayətləri və apelyasiya protesti ilə bağlı ilkin baxış iclası keçirilib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən onun cəzası 6 il 6 aya qaldırılıb.

Qeyd edək ki, qayınatası Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Məhkəmə E.Məcidova soyuq silah gəzdirmə əməli üzrə bəraət verib, xuliqanlıq və qəsdən ağır xəsarət yetirməyə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti ,zərərçəkmişlər və E.Məcidov isə apelyasiya şikayəti vermişdi.

Xatırladaq ki, "Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri olan E.Məcidov kikboksinq üzrə beşqat dünya çempionudur.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az