Heç bir ölkənin bu bölgəyə iddiası ola bilməz - ABŞ

Heç bir ölkənin bu bölgəyə iddiası ola bilməz - ABŞ

Beynəlxalq birliyə göstərdik ki, hər hansı bir ölkənin Qara dənizə və beynəlxalq sulara heç bir iddiası ola bilməz.

Miq.Az xəbər verir ki, bu sözləri ABŞ-ın "USS Ross” hərbi gəmisinin komandiri Con D. Con NATO-nun "Sea Breeze 2021” təlimi ilə bağlı danışarkən deyib.

O bildirib ki, döyüş manevrlərinin əsas məqsədi iştirakçı ölkələrin avadanlıqlarının və personalının qarşılıqlı formada fəaliyyətini yaxşılaşdırmaqdır:

"Bu sular beynəlxalq birliyə aiddir və bütün ölkələrin bu su yollarına çıxışını təmin etməyi öhdəmizə götürdük".

Qeyd edək ki, Ukrayna və NATO-nun ortaq həyata keçirtdiyi "Sea Breeze” təlimində 32 ölkədən 5 min hərbçi, 40 təyyarə və 32 gəmi iştirak edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az