Həkimlər sınıqçıların hansı sirrini çözə bilmirlər?

Həkimlər sınıqçıların hansı sirrini çözə bilmirlər?
Onların insanların marağını hansı cəhətləri ilə özlərinə cəlb etmələrinin pərdəarxası

Tibb elminin inkişafı, hələ də xalq təbabətini aradan çıxara bilməyib. Azərbaycanda populyar olan xalq təbabəti növlərindən biri də sınıqçılıqdır. Sputnik-in əməkdaşı sınıqçıların nə dərəcədə peşəkar olması və insanların marağını hansı cəhətləri ilə özünə cəlb etməsini araşdırmağa çalışıb.  Çıldaqçıda başımıza gələnlər: hər şey olduğu kimi Həkim Tofiq İsmayılovun sözlərinə görə, sınıqçılar peşəkarlıqda heç də həkimlərdən geri qalmırlar: "Mənim özümü də uşaq vaxtı çox sınıqçıya aparıblar. Baxır sınıqçının peşəkarlığına. Yaxşı sınıqçılar hal-hazırda da var. Amma, müasir avadanlıq və tibb inkişaf edibsə, o zaman həkimlərə müraciət etmək lazımdır. Yalnız çıxılmaz vəziyyət olarsa, o zaman peşəkar sınıqçıya getmək olar". "Müasir dövrdə oturaq həyat tərzi keçirən insanlar arasında skalioz xəstəliyi artıb. Bu xəstəliklə də sınıqçılara müraciət edənlər az deyil. Sadəcə zamanında müraciət etmək lazımdır, əks halda nəinki sınıqçı, heç həkimlər də kömək edə bilmirlər", — T. İsmayılov bildirib. Tibbi ekspert və həkim Adil Qeybulla isə insanları birmənalı həkimlərə getməyə səsləyib: "Cərrahlıq meydana gələnə kimi sınıqçı adlandırdığımız el həkimləri populyar idilər. Sınıqçı da hərəkətin pozulması, sümüyün tamlığının pozulması, şişkinlik və ya hərəkət zamanı sümükdən hər hansı səsin gəlməsini düzəldir. Sınıqçılar öncə zədəni müəyyən edirlər, sonra yumşaldıcı vasitələrdən istifadə edirlər. Çünki, sınıq zamanı sümüklər yerini dəyişə bilir və bu da əzələlərin yığılmasına səbəb olur". "Daha sonra sümükləri yerinə oturtduqdan sonra yumurtadan, xəmirdən və başqa bərkidici məhsullardan istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradırlar ki, hərəkətsizlik nəticəsində sınıq yeri rahat sağala bilsin", — ekspert qeyd edib. Onun sözlərinə görə, sınıqçılar bunları yaxşı bildikləri üçün, sümükləri düzgün müalicə edə biliblər və insanların etibarını qazanıblar: "Amma, müasir dövrdə buna ehtiyac yoxdur. Müasir təbabət getdikcə yenilənir və daha dəqiq diaqnozlar qoymaqla daha yaxşı nəticələr əldə etmiş olurlar".  "Çöpçülər həkimlərimizdən güclüdür” Psixoloq Tariyel Faziloğlu isə insanların sınıqçıya üz tutmalarının iki psixoloji səbəbinin olduğunu diqqətə çatdırıb: "Bunun psixoloji tərəflərindən biri odur ki, Azərbaycanda əhalinin əksəriyyəti səhiyyə sisteminə inanmır və daha çox sınanmış vasitələrdən istifadə edir. Bu da türkəçarədir. İkinci səbəb isə onunla bağlıdır ki, səhiyyə sisteminin təklif etdiyi qiymətlərlə əhalinin maddi durumu üst-üstə düşmür". "Tibbi sığorta da yoxdur. Bütün bunlar əhalini həkimdən uzaqlaşdırır. Buna görə də insan həkimin əlinə düşməkdənsə, sınanmış sınıqçıya daha çox üstünlük verir. Ucuz və keyfiyyətli olduğunu düşünürlər", — psixoloq vurğulayıb. //Sputnik.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az