Həlak olan jurnalistlərin hadisə yerindən ilk görüntülər – Video

Həlak olan jurnalistlərin hadisə yerindən ilk görüntülər – Video

Xəbər verdiyimiz kimi, AzTV-nin və "Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşüblər, 2 nəfər həlak olub

Azərbaycan Televiziyasının və "Azərtac”ın işğaldan azad olunmuş bölgələrimizdə çəkiliş aparan qrupunun içərisində olduğu avtobus bu gün minaya düşüb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedərkən baş verib. 

Nəticədə AzTV-nin teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac”ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov həyatlarını itiriblər. 

Allah rəhmət eləsin!

Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini isə yaralanıblar. 

Hadisə yerindən ilk görüntüləri təqdim ediik:
[video=http:// ]
 Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az