Həmyerlisini qətlə yetirdi - 16 il cəza aldı

Həmyerlisini qətlə yetirdi - 16 il cəza aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Məhərrəmov 16 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin oktyabrında Xaçmaz rayonunun Arzu kəndində 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi Gündüz Məhərrəmov tərəfindən bıçaqla qətlə yetirilib. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

Gündüz Məhərrəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az