“Heydər Əliyevin peyğəmbərliyinin illər sonra şahidi olduq”-Baş bankir

“Heydər Əliyevin peyğəmbərliyinin illər sonra şahidi olduq”-Baş bankir

Bu gün "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı"nın yekunlarına dair tədbir keçirilir.

Miq.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Şahmat Federasiyanın prezidenti Elman Rüstəmov vurğulayıb ki, Azərbaycanda şahmatın tarixi ənənələri var:

"Şahmatın dövlət səviyyəsində irəli çəkilməsi keçən əsrin 70-ci illərinə təsadüf edir. Biz videoçarxdan da gördük ki, ulu öndər Heydər Əliyev şahmatçılarla görüşündə deyib ki siz gələcəyin böyük şahmatçıları olacaqsınız. Biz onun peyğəmbərliyinin, uzaqgörənliliyinin illər keçəndən sonra şahidi olduq. Şahmat həmişə insan beyninin məhsuludur. Kadrların yetişdirilməsi hər zaman diqqətimizdədir. Azərbaycana iki dəfə qızıl medal gətirilib. Proqram yekunlaşsa da, qarşıda işlərimiz çoxdur".

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az