Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər

Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər
Bu gün hər kəsə aydındır ki, Mehman və Emin Hüseynov qardaşları bilərəkdən Rusiya xüsusi xidmət orqanlarının Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər. "Qərb-Avropa” mövqeləri sadəcə onların "əfsanəsi” üçün bir maskalanmadır.

Axar.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

"Aydındır ki, bizim həbsxanada "yurd salmış”, Rusiya elitasının "maliyyə çamaşırxanası” olan Vardanyan haqqında film Kremlin kölələrin zəhməti ilə qazanılmış nailiyyətlərinə təhdid siqnalına çevrilib.

Düşünürəm ki, hökmdən sonra artıq himayədarlarına etibar etməməli olduğuna əmin olan Vardanyan rəqəmlər və tarixlərlə daha çox sənədli şəkildə danışacaq. Üstəlik, bu "səmimilik” çox güman ki, Rusiyada siyasi mənzərədə dəyişiklik etməyə hazırlaşanlar üçün əsas təbliğat tətikləyicisinə çevriləcək.

Epşteyn kimi Vardanyanın da sənədləri studiyaya gəlsin. Gözləyirik!” - Zülfüqarov bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az