İçində 81 nəfər sərnişin olan təyyarə qaçırıldı
Təyyarə Kiprdəki Larnaka hava limanına endirilib.
Misirdə naməlum şəxslər sərnişin təyyarəsini qaçırıb. Təyyarədə 81 nəfər olub. Təyyarə "EgyptAir" hava yolu şirkətinə məxsus olub. "Reuters" orada bomba ola biləcəyini istisna etməyib.
А320 avialayneri İsgəndəriyyədən Qahirəyə uçurmuş. Təyyarə səhər saat 8 radələrində Kiprin Larnaka havalimanına endirilib.
İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlıdır. Artıq təyyarəni qaçıran şəxslə danışıqlar başlayıb.
Təyyarədə olanlardan 55-nin sərnişin olduğu deyilir.
Miq.az