İçində azərbaycanlılar olan gəmi Yapon dənizində yoxa çıxdı
Yapon dənizində itkin düşmüş azərbaycanlıların kimliyi müəyyənləşib
Rusiyada içərisində azərbaycanlının da olduğu gəmi itib. "Vostok" adlı balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində həyəcan siqnalı verib. Bundan qısa müddət sonra onunla əlaqə itib. Gəminin göyərtəsində 21 nəfər olub. Onların arasında Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşları var.
Gəminin axtarışlarına FHN, Sahil Mühafizə Xidməti cəlb edilib. Yaxınlıqdan keçən bütün gəmilərə xəbərdarlıq edilib. Hadisə yenrində helikopterlər də işləyir.
Son məlumata görə, gəminin itdiyi hesab edilən ərazidə iki xilasetmə jileti, buy (dənizdə, göldə lövbər salınan yeri və ya təhlükəli yerləri göstərən üzücü nişan), gəmiyə aid olan məişət tullantıları tapılıb.
Balıqçı gəmisi Cənubi Koreyadan Holmsk limanına gedirdi. Hazırda əlverişsiz hava şəraiti var, dənizdə görmə məsafəsi azalıb. Buna baxmayaraq axtarışlar davam edir.
Yapon dənizində itkin düşmüş azərbaycanlıların kimliyi müəyyənləşib
Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus "Vostok” balıqçı gəmisindəki azərbaycanlıların adı məlum olub.
APA-nın "PrimaMedia.ru”-ya istinadən verdiyi xəbərə görə, itkin düşmüş 21 nəfərdən ikisinin Azərbaycan vətəndaşı olduğu ehtimal edilir. Bu barədə Saxalin vilayətinin rəsmi qurumlarından məlumat verilib.
Onlar Ruslan Əlizadə (1991) və Mübariz Hüseynovdur (1972).
Miq.Az