İcra başçısı bacısının düşdüyü qəzadan danışdı: “Nəvələrim də maşında olub“

İcra başçısı bacısının düşdüyü qəzadan danışdı: “Nəvələrim də maşında olub“

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev ailəsində baş verən bədbəxt hadisədən danışıb.

Miq.az xəbər verir ki, icra başçısı aznews.az-a açıqlamasında hazırda xəstəxanada olduğunu deyib:

"Qəza zamanl nəvələrim də maşında olub. Lakin onların vəziyyəti yaxşıdır. Hazırda evdədirlər. Yeznəm də müayinə olunub, hazırda palatadadır, vəziyyəti normaldır. Bacımın vəziyyəti də düzəlmək üzrədir, qolundan əməliyyat olunub”.

Qeyd edək ki, Zərdab rayon İcra başçısı Lütfəli Babayevin bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.

Qəzaya düşən "Toyota" markalı avtomobildə L.Babayevin bacısı Kamilə Babayeva ilə yanaşı, yeznəsi, qızı və nəvələri olub.

Yaralılar xüsusi vertolyotla Bakıya gətirilərək Gömrük Hospitalına yerləşdirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az