İcra başçısı tender qaydalarını pozdu - Ağdamda bayraq müəmması

İcra başçısı tender qaydalarını pozdu - Ağdamda bayraq müəmması
Ağdam Rayon İcra Hakimiyyəti tender qaydalarını pozub.

"Qafqazinfo”nun məlumatına görə, Ağdam RİH rayon ərazisində ikinci mərhələ abadlaşdırma (yaşıllaşdırma) xidmətlərinin görülməsi işləri ilə bağlı tendərə yekun vurub.

Tenderin qalibi "Caspian Sun” MMC olub. Tərəflər arasında 7798 manatlıq sözləşmə imzalanıb.

Məsələ burasındadır ki, müsabiqənin qalibinin 1079.64 manat vergi borcu var. Bu isə qanun pozuntusu deməkdir. İş burasındadır ki, "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az