İcra başçısının ailəsində bədbəxt hadisə - 3 yaralı

İcra başçısının ailəsində bədbəxt hadisə - 3 yaralı

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin ailəsində bədbəxt hadisə baş verib. 

Miq.az AzNews.az-a istinadən xəbər verir ki, icra başçısının bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.

Qəzaya düşən "Toyota" markalı avtomobildə K.Babayeva ilə yanaşı, yeznəsi və qızı olub. 

Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər. Gömrük Hospitalına yerləşdirilən yaralılardan başçının bacısının vəziyyəti çox kritik qiymətləndirilir. 

Hazırda icra başçısı və ailə üzvləri xəstəxanadadırlar. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az