Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avropadakı milyonluq şirkətləri ilə bağlı bir müddət əvvəl mediada məlumat yayılmışdı.
Miq.az Yeni Sabah-a istinadən xəbər verir ki, indi icra başçısının həmin şirkətlərdən birində işlərə nəzarət edən zaman çəkilmiş video görüntüsü yayılıb. Videonu sosial şəbəkədə yayan jurnalist Cavanşir Həsənli bildirib ki, görüntülər Ukraynanın Lvov vilayətində, Nikolayevsk qəsəbəsində icra başçısının 10 milyon dollara aldığı zavodda çəkilib.
"İcra başçısı hələ də işinin başındadır. Hələ də talamağında davam edir. Təqdim etdiyim video icra başçısının zavodunun görüntüləridir. Baxın, elə o zavodun həyətində harın-harın gəzən Ziyəddin Əliyevin özünü də görəcəksiniz. Görəcəksiniz ki, Azərbaycanda dövlətin büdcəsindən oğurlayan Ziyəddin Əliyev ukraynalılara özünü necə biznesmen kimi sırıyır”.
Xatırladaq ki, Z. Əliyevin Avstriyada, Çexiyada şirkətləri haqda da məlumat yayılmışdı.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?