İcra Hakimiyyəti seçiciləri İmamverdi İsmayılova səs verməyə məcbur edir? - VİDEO

İcra Hakimiyyəti seçiciləri İmamverdi İsmayılova səs verməyə məcbur edir? - VİDEO

Azərbaycanda fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədlərin təşviqat kampaniyası davam etməkdədir. 
 
Azərbaycanda seçkilərdə səs vermək seçicilərin sərbəst və azad hüququ olsa da, bəzi dairələrdə əhali yerli icra hakimiyyətləri tərəfindən müəyyən namizədlərin xeyrinə səs verməyə məcbur edilir. 
 
İcra Hakimiyyəti tərəfindən səsverməyə məcbur edilən dairələrdən biri də 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir.
 
Bu iddiayla Qubadlı rayonunu Qaralar kənd sakini Sərməsov Qədri Bəhlul oğlu Media tv-yə danışarkən bildirib. 
 
Sərməsov Qədrinin sözlərinə görə onları 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən YAP-ın namizədi İmamverdi İsmayılova səs verməyə Qubadlı rayon İcra Hakimiyyəti məcbur edir. 
 
Sərməsov Qədri indiyədək deputat İmamverdi İsmayılovun üzünü görmədiyini bildirir. 
 
Sosial vəziyyətinin acınacaqlı durumda olduğunu söyləyən Q. Sərməsov nə işinin, nə də evinin olmadığını bildirir.
 
Q. Sərməsovun Media.tv-yə verdiyi açıqlamanı təqdim edirik:
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az