İctimai fəal Bəxtiyar Hacıyevin komaya düşdüyü haqda məlumat yayılıb.
Bəxtiyar Hacıyev komaya düşdüyünü özü açıqladı - Foto
Yenipress.az xəbər verir ki, hazırda həbsdə olan ictimai fəalın sosial şəbəkə hesabında məlumat yerləşdirilib.
"Dostlar, artıq 19 gündü aclıq edirəm, xahiş edirəm kömək olun mənə, komaya düşmüşəm”, - paylaşımda qeyd edilib.
Komaya düşən şəxsin öz profilində paylaşım etməsi mümkün deyil. Eyni zamanda, bu statusdan daha əvvəlkilər Bəxtiyar Hacıyevin şəxsi yazışmalarının videosudur. Belə ki, həmin videolar "Bəxtiyar Hacıyevin ifşası yayıldı, adam FHN üçün agentlik edirmiş” və "FHN agenti Bəxtiyar Hacıyevin ifşası...” başlıqları ilə paylaşılıb.
Əgər Bəxtiyar Hacıyev profilini geri qaytara bilibsə, bundan əvvəlki ifşası ilə bağlı statusları niyə silməyib?
Buna görə də B.Hacıyevin profilini kimin işlətdiyi və yeni statusun niyə yazıldığı müəmmalıdır.
Qeyd edək ki, Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc müvəkkilinin komaya düşməsi barədə hər hansı açıqlama yaymayıb.
Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham olunur.
9 dekabrda onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib. Həbs olunduğu gündən ictimai fəal aclıq aksiyasına başlayıb.