İctimai TV-dən açıqlama- işdən çıxarılan əməkdaşla bağlı

İctimai TV-dən  açıqlama-  işdən çıxarılan əməkdaşla bağlı

İctimai TV işdən çıxarılan əməkdaşla bağlı açıqlama yayıb. 
 
Bir sıra internet portallarında İntizar İsmayılın İTV-dən işdən çıxarıldığı və bunun AzTV rəhbərliyinin qərarıyla olduğu haqda məlumat yayılıb. 

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı açıqlama yayıb. 

Açıqlamada deyilir:

 "İntizar Dinlərlə (İsmayıl) bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından onun müqaviləsinə xitam verilib. 

Həmçinin nəzərinizə çatdırırıq ki, İTV-nin rəhbərliyi qərarları kənardan heç bir müdaxilə olmadan, müstəqil şəkildə qəbul edir və verilmiş qərarların AzTV rəhbərliyinə heç bir aidiyyatı yoxdur".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az