İki gün əvvəl həbsdən çıxan Astara sakini qətlə yetirildi

İki gün əvvəl həbsdən çıxan Astara sakini qətlə yetirildi
Astara rayon sakininin yaşadığı mənzildə meyiti tapılıb. 

"Report"un Cənub bürosu xəbər veirir ki, hadisə rayonun Kolatan kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 40 yaşlı Vüsal Qasım oğlu Hüseynovun yaşadığı mənzildə meyiti aşkar olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin məlumata görə, mərhum küt alətlə başından aldığı zərbələrdən ölüb. 
Qeyd edək ki, V.Hüseynov uzun müddət Rusiya Federasiyasında yaşayıb. O, ötən ay Astaraya gəlib və 7 sutkalıq həbs cəzası alıb. İki gün öncə həbsdən çıxıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az