"İki milyon əhali Qarabağa köçürülməldir" - İqtisadçı

"Bakı və Abşeronun həddindən artıq yüklənməsinin və sıxlığın yaranmasının səbəbi bütün iqtisadi, siyasi, mədəni fürsətlərin Bakıda toplanmasıdır. Əhalinin çoxunun Bakıda cəmləşməsi yollarda tıxac yaradır, ictimai nəqliyyatın hərəkətini çətinləşdirir. Paytaxtda sıxlığın qarşısını almaq üçün paytaxtın köçürülməsi təklif olunur. Ancaq bunu üçün 10 milyardlarla dollar vəsait lazımdır. Bu, çox bahalı layihədir. Üstəlik, paytaxtın köçürülməsi məsələsi konstitusiya dəyişikliyi olmadan mümkün deyil. Fikrimcə, paytaxtı köçürmədən belə Bakının yükünün azaldılması layihələri həyata keçirilməlidir. Bunun üçün kifayət qədər fürsətlər də var”.

Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, paytaxtı köçürmədən Bakının yükünün azaldmaq üçün iğladan azad edilmiş ərazilərimiz dirçəldilməlidir. Həmin bölgələrə yüz minlərlə insanları köçürmək olar. Bunun üçün potensial var:

"Şərqi Zəngəzurda və Qarabağda elə konsepsiya yaratmaq lazımdır ki, mədəni və iqtisadi fürsətlər insanaların orada yaşamasına imkan versin, həmin ərazilərə böyük köç baş tutsun. Ən azı iki milyon əhalini azad olunmuş ərazilərə köçürə bilərik. Yeni milyonluq şəhərlər yaranmalıdır. Məsələn, niyə Gəncə, yaxud Mingəçevir milyonluq şəhərə çevrilməsin? Bunun üçün Bakının yükü azaldılmalıdır.

Ölkə üzrə iqtisadi fürsətlərin regionlarda da cəmlənməsinə şərait yaranmalıdır. Yeni sistem formalaşdırılmalıdır. Bir də inzibati qərarlarla da Bakının boşaldılmasına başlamaq olar: universitetlərin, bəzi dövlət və hökumət idarələrinin Bakıdan köçürülməsi və s. Kənd Təsərrüfatı Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi - bu tipli qurumların Bakıda olmasının nə mənası var?! Azərbaycan ərazi cəhətdən çox böyük ölkə deyil. Paytaxtın harasa köçürülməsi o qədər də məntiqli фввжь щдьфя. Вüşünürəm ki, bununla bağlı qərar verməkdənsə, yəni 10 milyardlarla vəsait xərcləməkdənsə, Bakının yükünün azaldılması layihələrinə üstünlük verilməlidir".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az