İkili standart siyasəti aparan həmsədrlər nədən çəkinirlər?

 İkili standart siyasəti aparan həmsədrlər nədən çəkinirlər?

"Çünki, ikili standart siyasət aparan həmsədrlər, işğalçı və işğala məruz qalanı açıq etiraf etməkdən bir növ çəkinirlər"

ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edib.
 
"İlk əvvəl amerkalı sədr Bakıya təşrif buyurdu. Ardınca rusiyalı və fransalı həmsədrlər Bakıya gəldi. Qeyd etmək lazımdır ki, həmsədrlərin regiona  növbəti gəlişi münaqişə ətrafında danışıqların dayanması və atəşkəsin mütəmadi pozulması fonunda gerçəkləşir. Həmçinin Moskvada Ermənistan və Azərbaycan XİN rəhbərlərinin ayrı-ayrılıqda Rusiyalı həmkarı ilə Qarabağ danışıqları aparmasıda qeyd edilməlidir.Təbii ki, Minsk qrupunun vasitəçiliyi 20- ildən artıqdır ki, davam edir, bu kimi səfərlər ildə iki-üç dəfə reallaşır.  
Həmsədrlərin bu illər ərzində səfərləri danışıqlar prosesində heç bir nəticə əldə edilməyib. Bunun da əsas səbəbi, həmsədr dövlətlərin münaqişə tərəflərinə fərq qoymamasından  irəli gəlir. Çünki, ikili standart siyasət aparan həmsədrlər, işğalçı və işğala məruz qalanı açıq etiraf etməkdən bir növ çəkinirlər. Həmçinin, bu ölkələrin regionda toqquşan maraqları münaqişənin həllində bir maneədir. Həmsədrlər Bakıdan sonra , Yerevanda görüşlər keçirəcək, buradan  Xankəndiyə gedərək, martın axırlarında separtçılarla görüşəcək."  

 Həmsədrlərin regiona gəlişi barədə Miq.Az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə daha sonra qeyd etdi ki, Minsk qrupunun bu səfəri, Ermənistanda aprelin 2-dən sonra keçiriləcək seçkilərdən sonra danışıqların yenidən bərpa olunmasına hesablanıb. Həmsədrlər çalışacaq ki, Bakı və Yerevanı növbəti danışıqlar raunduna başlamasına cəlb etsin. Qeyd edim ki, Azərbaycan istənilən danışıqların tərəfdarıdı. Hərçənd danışıqlar xatirinə danışıqların aparılması isə qəbul edilməzdi.
Xüsusilə  rəsmi Bakı, həmsədrlərə qəti şərtini irəli sürməli, yeni danışıqlar formatında ciddi nəticələrin əldə edilməsini vurğulamalıdır. Əks təqdirdə, yenidən bir neçə il danışıqlar aparmaq fikrində olmadığını, növbəti hərbi eslakasiyanın mümkünlüyü barədə həmsədrlərin diqqətinə çatdırmalıdır. 

"Həmsədrlər çalışacaqlar ki, aprelin 2-dən sonra Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etsinlər. Görüş baş tutmasa, aprel -may ayları ərzində Ermənistan danışıqları sabotaj edəcəksə, növbəti sözü Azərbaycan təmas xəttində deyəcək. Dünyada yeni nizam formalaşır, bu nizam hazırda hərbi əməliyyatlar yolu ilə həyata keçirilir. Yaxın Şərqdə və Şərqi Avropada davam etməkdə olan soyuq siyasət və hərbi qarşıdurma Qarabağ müharibəsinin başlanmasına şərait yaradır.  Hərçənd ki, Azərbaycan buna hazırdı"-deyə politoloq qeyd etdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az