İlham Əliyev: “Azərbaycan Qoşulmama Hərəkatında böyük nüfuz qazandı”

İlham Əliyev: “Azərbaycan Qoşulmama Hərəkatında böyük nüfuz qazandı”

"Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı”.

Miq.Az-ın məlumatına görə, bunu Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında Prezident İlham Əliyev deyib. 

İlham Əliyev 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edildiyini xatırladıb.

"Mən Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqları naminə əməli addımlar atacaq”,- deyə Prezident əlavə edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az