İlham Əliyev: "Azərbaycan xalqı hər zaman türk xalqının yanındadır"

İlham Əliyev:

Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Azərbaycan prezidenti Ankarada baş vermiş terror hücumunda həlak olanlar üçün başsağlığını çatdırıb. "Bu ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi, türk xalqının yanındadır ”, - deyə dövlət başçısı vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş vermiş faciə ilə əlaqədar Bakıya gələ bilməməsini anlayışla qarşıladıqlarını söyləyən prezident İlham Əliyev mühüm məsələləri əhatə edən və geniş gündəmi olan toplantının yaxın zamanlarda gerçəkləşdiriləcəyini də diqqətə çatdırıb.

M.Çavuşoğlu başsağlığı diləklərinə və dəstəyə görə İlham Əliyevə təşəkkür edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az