İlham Əliyev cəbhədən düşmən mövqelərini izlədi - FOTOLAR

İlham Əliyev cəbhədən düşmən mövqelərini izlədi - FOTOLAR

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

Miq.Az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov İlham Əliyevə raport verib. Ali Baş Komandan komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izləyib.

Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.

Sonra İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib. Dövlət başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az