İlham Əliyev Davosda Mövlud Çavuşoğlu ilə görüşdü — FOTO

İlham Əliyev Davosda Mövlud Çavuşoğlu ilə görüşdü — FOTO

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Miq.Az-ın məlumatına görə, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüşlərin münasibətlərimizin möhkəmlənməsində rolu qeyd edilib. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrin önəmi vurğulanıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az