İlham Əliyev FİFA-nın prezidentini təbrik etdi

İlham Əliyev FİFA-nın prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) yeni prezidenti Canni İnfantinoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az