İlham Əliyev Kerri ilə Qarabağı müzakirə edib - VİDEO

İlham Əliyev Kerri ilə Qarabağı müzakirə edib - VİDEO

Prezident İlham Əliyev Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün bu gün ABŞ-a səfər edib. Səfər zamanı Azərbaycan prezidenti bu ölkənin dövlət katibi Con Kerri arasında görüş keçirilib.

Prezident İlham Əliyev və ABŞ dövlət katibi Con Kerri görüşdən sonra mətbuata açıqlama veriblər.

Kerri prezident İlham Əliyevi ABŞ-a gördüyünə şad olduğunu bildirib. ABŞ rəsmisi Azərbaycan prezidenti ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini vurğulayıb.

"ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır"-deyə Kerri, həmçinin qeyd edib ki, Azərbaycanın regionda iqtisadi imkanları çox genişdir və Vaşinqton Bakı ilə əməkdaşlıqda maraqlıdır.

Prezident İlham Əliyev isə Nüvə Təhlükəsizliyi sammitinə dəvət edildiyinə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edib.

"ABŞ-Azərbaycan münasibətləri uzun zamandır davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. İki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır"-deyə prezident İlham Əliyev qeyd edib.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az