İlham Əliyev Qətər əmiri ilə görüşdü

İlham Əliyev Qətər əmiri ilə görüşdü

Azərbaycanda rəsmi səfərdə olan Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin martın 8-də rəsmi qarşılanma mərasimi olub.
 
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qətər dövləti əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
 
Azərbaycan Prezidenti İlham Əliyev Qətər Əmiri Şeyx Təmim bin Həməd əl Tanini qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi Qətər əmirinə raport verib.
 
Qətər və Azərbaycannın dövlət himnləri səslənib.
 
Prezident İlham Əliyev və Əmir Şeyx Təmim bin Həməd əl Tani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Qətər əmiri Azərbaycan əsgərlərini salamlayıb.
 
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əmir Şeyx Təmim bin Həməd əl Taniyə, Qətər dövlətinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
 
Azərbaycan Prezidenti və Qətər Əmiri rəsmi foto çəkdiriblər.
 
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az