İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev sabah Türkiyəyə gedəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətinə əsasən 2025-ci il iyunun 19-da ölkəmizə səfər edəcək.

Miq.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"Cənab Prezidentimizin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevral ayında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraş şəhərində inşa edilən "Azərbaycan Məhləsi” adlı daimi yaşayış məhəlləsinin açılışı həyata keçiriləcək" - deyə Fəxrəddin Altun əlavə edib.

Onun sözlərinə görə, səfər zamanı Türkiyə ilə Azərbaycan arasında münasibətlərin mövcud vəziyyəti və aktual regional inkişaflarla bağlı fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az