İlham Əliyev və Paşinyan Zəngəzurdan keçən dəmir yolu ilə bağlı razılığa gəldi...

İlham Əliyev və Paşinyan Zəngəzurdan keçən dəmir yolu ilə bağlı razılığa gəldi...

"Aİ Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə biz Azərbaycan Prezidenti ilə Ermənistan ərazisindən keçən dəmir yolu layihəsinin yenidən işə salınması ilə bağlı razılığı təsdiqlədik. Dəmir yolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı prinsiplər əsasında, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək."

Miq.Az "BBC"-yə istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində məlumat yayıb.

"Ermənistanın dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxışı olacaq. Biz həmçinin təmasları davam etdirməyə razılaşdıq”, - Paşinyan  belə yazıb.

Xatırladaq ki,  Brüsseldə baş tutan görüş Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında son bir ay ərzində keçirilən ikinci görüş olub. Bundan əvvəl onlar noyabrın 26-da Soçidə Vladimir Putininin iştirakı ilə baş tutan danışıqlara qatılıblar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az