İlham Əliyevin Rusiyaya səfəri gözlənilir
Prezident İlham Əliyevin gələn ay Rusiyaya səfəri gözlənilir.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, İlham Əliyev
Qurban bayramı ərəfəsində Moskvada Avropanın ən böyük məscidinin açılışına dəvət edilib.
Bildirilir ki, sentyabrın 23-də baş tutacaq məscidin açılışında Rusiya
prezidenti Vladimir Putin, dünyanın dini liderləri, müsəlman ölkələrin
prezidentləri iştirak edəcək.
Belə ki, Avropanın ən böyük məscidinin açılışına Azərbaycan, Türkiyə,
Fələstin, İordaniya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Tacikistan, İran və Özbəkistan prezidentləri
dəvət edilib.
Bundan başqa açılışda yüksək səviyyəli nümayəndə heyətləri də iştirak
edəcək. Artıq Türkiyə, Çad, Sudan, Hindistan, ABŞ, Liviya və İraq
nümayəndə heyətləri Moskvaya gələcəklərini bəyan ediblər.

Məsciddə son tamamlanma işləri aparılır
Böyük məscidin arxitekturasında türk rəssamlar iştirak ediblər. Burada
qadın və kişilər üçün dua etməkdən ötrü ayrıca yerlər, konfrans zalları
mövcuddur.
Məscid müasir üslübda tikilsə də islam memarlığına riayət olunub.