“İlham Əliyevlə birlikdə 1000 binanın bünövrəsini qoyduq” - Ərdoğan

“İlham Əliyevlə birlikdə 1000 binanın bünövrəsini qoyduq” - Ərdoğan

"Biz həmişə dünyanın yanında olduq. Fəlakət zamanı da dünya ölkələri bizi tək qoymadı”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, ölkədə baş verən dağıdıcı zəlzələlərdən sonra dünyanın hər yerindən axtarış-xilasetmə qrupları gəldi.

"Azərbaycan da gəlib dedi ki, biz min bina tikmək istəyirik. İlham Əliyevlə birlikdə onların bünövrəsini qoyduq”, - deyə o vurğulayıb.

Dövlət başçısı bu yardımların heç vaxt unudulmayacağını bəyan edib.

"İnşallah, qısa zamanda yaralarımızı birlikdə sağaldacağıq. Axtarış-xilasetmə qruplarımız dünyanın hər yerindən gələn komandalarla həmrəy olaraq, bu prosesdən uğurla keçdi”, - deyə Ərdoğan sözlərini yekunlaşdırıb. (Mənbə: Haber Global)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az