İlqar Əli Araz Əlizadəni "topa tutdu": "Gədə onun özüdür! Simasız..."
QAT sədrinin müavini İlqar Əliyev: "Onun kimiləri bizim qarşımızda duruş gətirə bilməz"
Ötən gun Araz Əlizadənin QAT uzvləri haqqında dediyi təhqiramiz ifadə qarşı tərəfin qəzəbli açıqlaması ilə yadda qalıb.
QAT təmsilçisi İlqar Əliyev Miq.az -a açıqlamasında bildirdi ki, özunə hörmət edən kəs danışığına fikir verməlidir. Amma artıq gərək ona elə haqq etdiyi tərzdə cavab verilsin ki, qəbahətini qansın. Təbii ki, mənim deyəcəklərim Araz Əlizadəyə xas olan sözlər olacaq. Bəllidir ki, xalq diplomatiyası ilə məşğul olan Əlizadə qardaşlarının məqsədi Qarabağ marağından çox erməni maraqlarına xidmət etməkdir. Onun necə deputat seçilməsi də hamıya bəllidir. Bu adam cilddən - cildə girən simasızın biridir. Araz açsın gözunu yaxşı baxsın, Qarabağ Azadlıq Təşkilatının say-seçmə uzvləri var. Hələ mən akademikləri, professorları, Qarabağ ziyalılarını, qazilərini demirəm. Sözlərinə fikir versin. Gədə onun özudur. Onun kimiləri bizim qarşımızda duruş gətirə bilməz, özunu...".
Miq.az