“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu yarışları başlayıb. Yarışlarda dünya reytinqində ilk beşlikdə yer alan komandalardan dördü qızıl medal uğrunda mübarizə aparacaq. Dünya reytinqində İtaliya, Ukrayna və Macarıstan kimi daha aşağı pillələrdə yer alan komandalar ilk beş pillədəki Rusiya, İsveçrə, Portuqaliya və İspaniya kimi güclü yığmalarla qarşılaşacaq.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, iyunun 28-dək Avropa Oyunlar Parkında təşkil olunacaq yarışda qitənin 8 ölkəsinin – “A” qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, “B” qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan milliləri mübarizə aparır.
Yarışın ilk günündə - iyunun 24-də “A” qrupunda Azərbaycan-Ukrayna, Portuqaliya-İsveçrə, “B” qrupunda isə İspaniya-İtaliya, Macarıstan-Rusiya qarşılaşmaları keçiriləcək.
Mütəxəssislər Rusiyanı həm “Bakı-2015” birinci Avropa Oyunlarının, həm də iyulda Portuqaliyada keçiriləcək “FİFA-2015” çimərlik futbolu kuboku yarışlarının ən böyük favoriti hesab edirlər.
Xatırladaq ki, Azərbaycan milli komandası hazırda Avropada 12-ci, dünyada isə 18-ci sırada qərarlaşıb.
Avropa Çimərlik Futbolu Liqası (Euro Beach Soccer League (EBSL) 1998-ci ildə yaradılıb və FİFA-nın bayrağı altında çimərlik futbolu üzrə dünya çempionatı 2005-ci ildən keçirilir.
Azərbaycan Çimərlik Futbolu Federasiyası (AÇFF) isə 2008-ci ildən fəaliyyətə başlayıb.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”