İmkansız adamlara qan udduran hakim Fuad Soltanovdan –Prezidentə ŞİKAYƏT

İmkansız adamlara qan udduran hakim Fuad Soltanovdan –Prezidentə ŞİKAYƏT

Lənkəran rayonu, Şağlaküçə kənd sakini Şükürov Mərdan Məmmədqulu oğlu tərəfindən Miq.az-ın redaksiyasına daxil olmuş şikayət məktubunu sizlərə təqdim edirik: 

                                          

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab 
                                         İlham Əliyevə 
                           Surəti:  Azərbaycan Respublikasının H.Əliyev Fondunun Prezidenti 
                                         xanım Mehriban Əliyevaya   
                           Surəti:  Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir 
                                        Qaralova  
Surəti:  Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət 
                                           Məmmədova 
                             Surəti:  Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri  cənab    
                                          Ramiz Yaqub oğlu Rzayeva

                                          Lənkəran rayonu, Şağlaküçə kənd sakini Şükürov Mərdan 
                                          Məmmədqulu oğlu tərəfindən 

ŞİKAYƏT-ƏRİZƏ
       
        Möhtərəm cənab Prezident!
        Hörmətli Mehriban xanım!
        Cənab Zakir Qaralov!
        Cənab Fikrət Məmmədov!
        
Ölkəmizin bu günü və gələcək taleyi ilə bağlı Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyaşar ideyaları, habelə bu ideyalara sədaqətlə xidmət edən, dövrün tələblərinə uyğun  ona yeni çalarlar əlavə etməklə zənginləşdirən Sizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyev, fəaliyyətiniz müstəqil Azərbaycan Respublikasının sarsılmazlığının və inkişafının qarantıdır. Həyat bir daha sübut etdi ki, ölkəmizin bütün sahlərini inkişaf etdirmək üçün bir dövlət başçısı kimi konkret proqramlarınız var. Bu proqramların arxasında isə Ulu Öndər irsinin layiqli davamçısının  qətiyyətli, prinsipal, dünya birliyi tərəfindən qəbul edilən dövlətçi şəxsiyyəti durur. Bir dövlət başçısı kimi çıxışların birində: Mən xalqın bir nömrəli xidmətçisiyəm- deməklə bütün məmurları xalqa xidmət etməyə çağırdınız. Təəssüf ki, Sizin bu çıxışınızdan ibrət götürməyən ədalət məkanı saydığımız Lənkəran rayon Məhkəməsinin hakimi Fuad Soltanov  özbaşınalıq və qanunsuz hərəkətləri ilə ad çıxartmaqla işlədiyi sahəyə şəxsi mənaefiyini müdafiə edən qanunları tətbiq edməkdə davam edir. Onun qəbul etdiyi ədalətsiz qərarlar nəticəsində mənim kimi sadə, imkansız adamların qanunları kobudcasına pozulur və onun tərəfindən  maddi və mənəvi əzablara düçar olur. Sanki korrupsiya Fuad Sultanov üçün işininin əsas meyarı təşkil edir. Dövlətin adından istifadə etməklə haqq və ədalətin üstünə xətt çəkməklə  mənim kimi sadə, imkansız adamlara qan uddurmaqda davam edir. Dövlət başçımızın hər bir məmurun öz işinə ləyqətlə, vətəndaşın mənafeyini qoruyacaq tərzdə səsləndirdiyi fikir görünür hələdə məhkəmənin hakimi Fuad Soltanova gəlib çatmayıb? Görəsən ona bu özbaşnalığı və toxunulmazlığı vəd edən nədir və kimdir? Bunu bilirəm ki, qanundan kənar heç nəyi həzm etdirmək olmaz çünki, qanunlarımızın aliliyinə təminat verən dövlət başçımız var. 
        
Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Cənab Zakir Qaralov!
Cənab Fikrət Məmmədov!
        
Lənkəran rayonu, Şağlaküçə  kənd sakiniyəm. Qonşu Kərgərlan kənd sakini Şəkərov Ramn Nəriman oğlu ilə uzun müddətdir ki, dostluq münasibətimiz var idi. 2014-cü ilin yanvarın sonlarında bankdan kreditə 3200 ABŞ dolları götürərək Cəlilabad rayonunun maşın bazarında həmin rayonun Məmmdrzalı kənd sakini Əliyev Müqəddəsə məxsus VAZ 21 06 markalı 15BM213 dövlət qeydiyyat nişanlı göy rəngli avtomobilini baş etibarnamə ilə aldım. Sürücülük vəsiqəsi olmadığına görə ancaq maşını kəndarası yollarda sürürdüm. 2014-cü ilin fevral ayının sonunda dostum usta kimi fəaliyyət göstərən, Kərgərlan kəndində yaşayan Şəkərov Ramin Nəriman oğlu bizə gələrək işlə əlaqədar olaraq avtomobilimi bir neçə günlüyə kirələmək istədi. Mən də ona etirz etmədim. Maşını Raminə verdim. Ramin də  bunun müqabilində bəzi günlər 10 manat, bəzi günlər isə 5 manat mənə pul verirdi. Sonuncu dəfə avqust ayının əvvəlində Ramin növbəti dəfə 2-3 günlüyə məndən maşını aldı. Həmin gündə işlə əlaqədar olaraq mən Bakıya getməli odum. Bakıdan qayıdandan sonra mənim telefonuma zəng gəldi. Danışan Darquba kənd sakini Bəşirov Natiq Nasir oğlu idi ki, o mənə bildirdi ki, sənə məxsus maşını Ramin mənə borclu olduğuna görə həyətimdə girov saxlayıb. Mən Natiqə bildrim ki, maşın mənimdir. Sizin Raminlə probleminiz varsa öz aranızda həll ediniz. Bunun mənə aidiyyatı yoxdur.   Mən bunu eşidən kimi tez Raminə zəng etdim. Ramin isə mənə bildirdi ki, Natiq sənə yalan deyib, maşın mənim həyətimdədir. Vacib bir iş var qoy işimi qurtarım maşını qaytararam sənə, hörməıtini də edərəm və axşamüsütü görüşərik.  Axşamüstü Ramin görüşə gəlmədi. Səhər onunla görüşdüm. Ramin mənə bildirdi ki, mən 2-3 nəfər adama borcluyam və o cümlədən, 540 manat Natiqə borcum var. Qoy maşın bir ay Natiqin həyətində girov qalsın,  mən pul düzəldib onun borcunu verib maşını qaytararam, sənə də hörmət edərəm. Məni başladı get-gələ salmağa. Həmin vaxtdan bir ay keçməsinə baxmayaraq, yəni 2014-ci ilin noyabr ayından qardaşım Elçin mənə çatdırdı ki, Natiq sənin maşının nömrəsini dəyişib və başqa şəxsə satıb.  Mən onun yanına getdim ki, nəyə görə maşını satdığını ondnan soruşmaq üçün. Öyrəndim ki, Natiq  mənə məxsus olan avtomobilin birinci sahibi olan Müqəddəslə görüşərək ona yalandan bildirir ki, guya maşın sahibi kimi maşını Natiqə satmışam. Maşının bütün sənədləri itdiyinə görə, özüm də Rusiyada olduğuma görə Natiq maşını öz adına keçirdə bilmir və ona görə maşın sahibindən etibarnamə almaq istəyir. Maşın sahibi də ona etibarnamə verir və maşını öz adına rəsmləşdirərək başqasına satır. Mən də buna görə Polis şöbəsinə müraciət etməli oldum. Aradan bir az vaxt keçəndən sonra  sentyabr 2015-ci ildə Raminin qaynı  mənə zəng etdi, mənimlə görüşmək istədiyini bildirdi. Onlar yaşadığımız  Şağlaküçə kəndində marketin qabağında mənimlə görüşdülər. Raminin qaynı Natiq Bəşirov, yaxın qohumu oğlu Azər və Raminin qaynatası da maşında idilər. Natiq məndən tələb etdi ki, polis şöbəsinə yazdığın izahatını geri götür. Biz sənin pulunu verəcəyik. Mən onların təklifini rədd etdim. Natiq bıçaq çıxardıb məni öldürməklə hədələdi. Raminin qaynatası işə qarışmasaydı, şübhəsiz başqa cinayətdə baş verə bilərdi. Mən bu barədə 102 xidmətinə zəng etdim. Məni polis Polis şöbəsinin Tədqiqat bölməsinə çağırdılar. İzahat verdim. Dəfələrlə tədqiqat şöbəsinə zəng etsəm də, bu barədə tədbir görərik deməklə mənə ümid verdilər. Axırda az qaldı  ki, məni günahkar çıxartsınlar. Çünki bu işdə maraqlı idilər. Lənkəran şəhər polis şöbəsi Ramin Səfərova sürmək üçün verdiyim maşını mənə qaytarması barədə yazdığım şikayət ərizəsini araşdırdıqdan sonra Ramin Səfərov barədə cinayət işi qaldırldı və bu iş araşdırmaq üçün məhkəməyə verildi. Məhkəmə isə Natiq Bəşirovun borcunu qaytardığına görə onu 2800 manat cərimə etdi. Məhkəmə həmin işi təzədən polis şöbəsinə qaytardı. Bu dəfə Darquba kənd sakini Natiq Bəşirov barəsində AR CM-nin 178.2.4 maddəsi ilə cinayət işi qaldırıldı və mənə dəymiş ziyan 4800 müəyyən edilərək, polisin nəzarəti altına verilmə qəti imkan tədbiri onun barəsində seçildi. Bu iş bir müddətdən sonra təzədən məhkəməyə verildi. Lənkəran rayon Məhkəməsində Fuad Sultanovun sədrliyi ilə keçirilən (1 (049) 18/2014) başlanan məhkəmə prossesi 16 may 2016-ci ildə başa çatdı. Dəfələrlə Natiqin məhkəmə ilə üzbəüz çayxanada oturaraq məhkəmə işçiləri də buna şahid olaraq məhkəməni təxirə salırdı. Nəhayət,  axırıncı hökmü oxuyanda hakim  Fuad Soltanov mənim cib telefonumu, ust başımı özü şəxsən yoxlayaraq, baxmayaraq ki, təqsirləndirilən şəxsin və qohumlarının  əlində açıq- aşkar telefonlar var idi. Görünur  "Hakim”  Fuad Sultanov cənabları  nədənsə tam arxayın olmaqdan otru bu addımı atırdı və onun sözlərini telefona yazıram, ya yox, bundan əmin olmaq istəyirdi. Mənim isə Hakim” Fuad Sultanov cənablarının bu hərəkətinə cavabım bu oldu!! Möhtərəm "Hakim telefonda diktafona  yox, xahiş edirəm qarşınızdakı  AR-sı Cinayət Məcəlləsinə nəzər yetirin”.  Başladı hökmü oxumağa və təqsirləndirilən şəxsə açıq aydın bildirdi ki, bilirsən də yəqin sənə nəyə görə hörmət edirəm.  "HÖRMƏT” deyəndə cənab "Hakim” Fuad Sultanov AR-sı Cinayət Məcəlləsinimi nəzərdə tutdu, yoxsa öz tası olan 5000 manatı...  mən sənə güzəşt edirəm deyə təkrar bildirdi. Bir də belə səhv buraxma. Baxmayaraq ki, Dövlət İttihamçısı təqsirləndirilən şəxsin bu cinayəti törətdiyinə əmin olaraq AR-sı Cinayət Məcəlləsinə əsaslanaraq təqsirləndirilən şəxsə 5-il müddətində azadlıqdan məhrum etmə təklifini vermişdi.  Bu işdə maraqlı olan hakim Fuad Soltanov Azərbaycan Respublikası Cinayət Məcələsinin 178.2.4 maddəsi ilə ittiham olunan və təqsirləndirilən Darquba kənd sakini Bəşirov Natiq Nasir oğluna şəxsən ( ÖZ BƏRAƏT MƏCƏLLƏSİNƏ ƏSASƏN) bəraət verməklə kifayətləndi və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qəti imkan tədbiri ləğv eilməsi barəsində höküm oxundu. Maddi sübut kimi tanınmış, əvvələr 15BM2013, sonralar dəyişərək 42BM346 dövlət nişanlı avtomaşənın qanunu sahibi Əliyev Ziyatay Səyyad oğlu hesab olundu. Axırda da günahkar mən oldum. Mən həyatımda ilk dəfə idi ki, məhkəmə proseslərində iştirak edirdim belə hakimləri görub çox təəssüf hissi keçirirəm.
        
Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Cənab Zakir Qaralov!
Cənab Fikrət Məmmədov!
        
Sizdən xahiş edirəm Lənkəran rayon məhəkəməsinin hakimi Fuad Sultanovun bu qanunsuz özbaşınalıq hərəkətlərinə son qoyasınız. Onun "tamah dişini sındırmaq”la bizi bu bəladan qurtarasınız və mənə dəymiş maddi ziyanın mənə qaytarmağına köməklik göstərəsiniz. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az