Çinin Yanszı çayında qəzaya uğrayaraq batan “Şərq ulduzu” səyahət gəmisinin göyərtəsində 400-dən çox sərnişin olub. Onların arasında 60-80 yaşlarında olan çoxlu sayda yaşlı insan var. Artıq gəminin kapitanı və baş mühəndisi dindirilmək üçün saxlanılıb. Onların sözlərinə görə, qəzadan qabaq “Şərq ulduzu” güclü siklonun təsiri altına düşüb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Nankin şəhərindən Çuntsinə gedən gəmi Çinin cənub-qərbindəki Xubey əyalətində qəzaya uğrayıb. Qəzanın baş verdiyi yerdə çayın dərinliyi 15 metrdir. Gəmi iki dəqiqə ərzində suyun dibinə gedib.
Sinxua agentliyinin məlumatına əsasən, hadisə zamanı gəminin göyərtəsində sərnişinlərdən əlavə 47 ekipaj üzvü və turist agentliyinin 5 əməkdaşı da olub. Hazırda 20-dək insanın xilas edildiyi, 5 nəfərin isə cəsədinin tapıldığı bildirilir. Güclü külək və leysan yağışları xilasetmə əməliyyatını çətinləşdirir. Çinin Baş naziri Li Ketsyan hadisə yerinə yollanıb.
Xilasedicilərin sözlərinə görə, gəminin içərisində insanlar qalıb və gəmini döyəcləyərkən içəridən cavab səsləri gəlir. Bundan başqa xilasedicilər gəminin müxtəlif hissələrində olan 3 nəfərlə əlaqə qurmağa da müvəffəq olublar. Mütəxəssislər içəridəki insanların havasız qalacağından ehtiyat edərək, gəminin sudan çıxan hissəsini açmaq istəmirlər.
Hazırda batmış gəminin suyun dibindən qaldırılması planı hazırlanır. Əraziyə bu sahə üzrə ixtisaslaşmış iri xilasetmə gəmisi yaxınlaşıb.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ