“İnanın ki, xəbərim olmayıb" - Zahid Oruc Natiq Cəfərliyə cavab verdi

“İnanın ki, xəbərim olmayıb
Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd olmaq üçün sənədlərini təqdim edib. Qeyd edək ki, həmin dairədən REAL partiyasının icra katibi Natiq Cəfərli də namizədliyini irəli sürüb.

Natiq Cəfərli mövzu ilə bağlı danışarkən Zahid Orucun bu qərarının onun üçün gözlənilməz olduğunu deyib:

"Zahid Oruc uzun illər öz namizədliyini Bərdədən verib və bir neçə çağırış həmin regiondan deputat seçilib. Görünür, birdən-birə sənədlərini mənim namizəd olduğum dairədən təqdim etməsi parlament seçkilərində məhz mənimlə rəqabət aparmaq istəməsindən xəbər verir. Lap yaxşı! Biz rəqabət mühitində seçki prosesinə qoşulmağa hazırıq”.

KONKRET.az mövzuyla bağlı Zahid Orucla əlaqə saxlayıb. O, bütün namizədlərə hörmətlə yanaşdığını deyib:

"Niyə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd olmağımla bağlı suallara gəlincə, namizədliyimi irəli sürərkən qərarımı əsaslandırmışam. Amma inanın ki, sənədləri rəsmən təqdim edənə qədər həmin dairədən kimlərin namizəd olduğundan məlumatsız idim. Hər zaman ləyaqətli mübarizənin tərəfdarı olmuşuq. Rəqiblərin və alternativlərin kimliyi anlayışı ilə hərəkət etmirik, hər bir seçicinin səsi uğrunda nübarizə aparırıq. Görəcəksiniz ki, Xətai rayonunda hansı yol xəritəsini seçəcəyik və irəliyə sürdüyümüz platforma necə fərqlənəcək”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az