İngilis alimlər Peyğəmbərimizin(s) tətbiq etdiyi bitkinin “COVİD-19”u sağaltdığını təsdiqlədi...
Həmin bitkinin tərkibində olan timokinon maddəsin "COVID-19”un S-zülalına bağlanaraq onun ağciyər infeksiyasına səbəb olmasının qarşısını alır...
İslam təbabətində geniş tətbiq olunan çiçəkli bitki - elmi adı "nigella sativa" olan səpin qaraçörəkotu və ya qara zirə koronavirusla mübarizə üçün istifadə edilə bilər.
Moderator.az Ukraynanın Covid.obozrevatel.com nəşrinə istinadla xəbər verir ki, Avstraliya Katolik Universitetinin (ACU) professoru Kaniz Fatima Şad və onun Sidneyin digər iki universitetindəki həmkarları: Vissam Subra və Dennis Kordatonun resenziyalaşmış "Clinical and Experimental Pharmacology and Physiology”("Kliniki və eksperimental farmakologiya və psixologiya”) elmi jurnalında nəşr olunan məqaləsində belə deyilir.
Elm adamları qara zirə bitkisinin tərkibində olan timokinon maddəsinin "COVID-19”un S-zülalına bağlanaraq onun ağciyər infeksiyasına səbəb olmasının qarşısını ala biləcəyi qənaətinə gəliblər. Bundan əlavə, maddə daşıyıcı pasientin hüceyrələrində "SARS-CoV-2” virusunun çoxalmasını maneə törətmək qabiliyyətinə malikdir. Bu komponent eyni zamanda ağır koronavirus xəstələrində diaqnozu qoyulan sitokin fırtınasının(xəstəliklə mübarizə zamanı orqanizmin immun hüceyrələrinin həddindən artıq sitokin maddəsi buraxması nəticəsində özü-özünü məhv etməsi-S.L.) və qan laxtalarının əmələ gəlməsinin qarşısını almaq potensialına malikdir.
Timoxinon - qara zirə yağının xərçəng şişi əleyhinə, antioksidan və antibakterial təsiri olan bir komponentidir. O, həmçinin iltihabı aradan qaldırmaq və ağrıkəsici kimi xidmət etmək qabiliyyətinə malikdir. Bitki potensial olaraq astma, allergiya, ekzema, artrit və dağınıq sklerozun müalicəsində də kömək edə bilər.
"Qara zilə timus vəzinə təsir göstərərək onu stimullaşdırır. Qara zirə preparatlarından istifadə edildikdə insan qanında T-limfositlərin sayı bir neçə dəfə artır" –deyə "Tibet Sankt-Peterburq” klinikasının baş həkimi Mixail Xudovekov alimlərin araşdırmasını şərh edərkən bildirib.
Qeyd edək ki, qara zirə XIV əsrdən bəri müsəlmanlar tərəfindən geniş istifadə olunur. İslamdan əvvəlki dövrlərdə bu bitkinin adı çəkilməmişdir. Onun "Peyğəmbərimizin bitkisi" adlandırılması təəccüblü deyil. Məhəmməd Peyğəmbər(ə.s.) ondan geniş istifadə edib və səhabələrinə qara tminlə necə müalicə olunmağı öyrədib. Onun haqqında bir çox hədislərdə yazılıb, onun iştirakıyla müxtəlif xəstəliklər üçün reseptlər göstərilir. Qara zirə tənəffüs yolları, qadın xəstəlikləri, qaraciyər, böyrəklər və soyuqdəymə xəstəliklərini müalicə etmək üçün istifadə olunub. İnsan immunitet sistemini gücləndirir, bədənə enerji və canlılıq verir, sinir xəstəliklərini sağaldır.
Həzrət Məhəmməd (s) buyurur: "Qara zirəni özünüzə vacib edin, çünki o, ölümdən başqa bütün xəstəliklərin müalicəsini ehtiva edir".
Sultan Laçın