İnternetdə qadağan edilən məlumat yerləşdirənlər cərimələnəcək

İnternetdə qadağan edilən məlumat yerləşdirənlər cərimələnəcək

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

"Report”un məlumatına görə, Məcəlləyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadiçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 mnatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənlərin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətdə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az